"Google"da "Yazmağıma kömək et" özəlliyi

"Google" dünyanın ən çox istifadə edilən internet brauzeri "Chrome" üçün yeni bir özəllik paylaşıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, "Yazmağıma kömək et" olaraq adlandırılan bu özəllik əziyyət çəkmək istəmədiyiniz bir mesaj və ya forma üçün sizə kömək edəcək.

Məsələn, bir şirkət e-poçtuna verdiyiniz cavab qısa oldu. "Yazmağıma kömək et" bu mesajı daha professional hala gətirəcək. Ya da bir məhsul üçün araşdırma mətni hazırlayanda "Google Chrome"nin yeni özəlliyi bu prosesi sizin üçün edəcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə