6 yaşındakı uşaq gəlin qalmaqalı!

İstanbulda 6 yaşındakı uşağın evləndirilməsi iddiası ilə bağlı cəza ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 30 il həbs cəzası verilən Kadir İsteklinin iki hadisədən günahı olduğu halda birindən cəzalandırıldığı üçün müttəhim yenidən mühakimə olunacaq.

İstanbulda 6 yaşındakı uşağın evləndirilməsi ilə əlaqədar hadisədə yenilik yaşanıb. 23 fevralda açıqlanmış qərarda Kadir İstekli 30 il, Yusuf Ziya Gümüşel 20 il, Fatima Gümüşel isə 16 il 8 ay həbs cəzası almışdı. Qərarın ardınca Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili cəza faylını apellyasiyaya verdi.

Cəza İstanbul Bölgə Ədliyyə Məhkəməsinin 20-ci Cəza Dairəsi tərəfindən dəyərləndirilib. Dəyərləndirmədə Kadir İsteklinin 2004-2013-cü illər arasında iki uşağın cinsi istismarı, 2020-ci ildə isə həyat yoldaşına təcavüz cinayətlərindən 2 ayrı cəza verilməli olduğu halda bir cinayətdən cəza verildiyi ortaya çıxıb.

6 yaşındakı uşağın anası Fatima Gümüşel və atası Yusuf Gümüşel haqqında verilən həbs cəzasında isə ana və ata olduqları üçün cəzalarında artım olması qərarı alınıb.

Müttəhimlər 2-ci Ağır Cəza Məhkəməsində yenidən ittiham olunacaqlar.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə