Ruslar ötən gecə Ukraynaya məxsus altı PUA vurduqlarını deyirlər...

...Ötən gecə Ukrayna Silahlı Qüvvələri pilotsuz uçan aparatlardan istifadə etməklə Rusiyanın üç bölgəsinə hücum etməyə cəhd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna pilotsuz təyyarələri Kursk, Lipetsk və Tula vilayətlərində vurulub. Müdafiə Nazirliyi qeyd edib ki, saat 00:15 radələrində Rusiyanın hava hücumundan müdafiəsi Kursk və Tula vilayətlərinin əraziləri üzərində iki pilotsuz uçuş aparatını məhv edib.

Hərbi idarədən bildiriblər ki, təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti hücum cəhdləri saat 00:20-dən 02:00-a qədər edilib.

Belə ki, bir pilotsuz uçuş aparatı Kursk vilayəti ərazisində, ikisi isə Lipetsk vilayəti üzərində ələ keçirilib.

Bundan əlavə, Tula vilayətinin ərazisi üzərində daha bir PUA məhv edilib.

Öz növbəsində, Kursk vilayətinin qubernatoru Roman Starovoit ötən gecə özünün Teleqram kanalında yerli sakinlərə Kursk və Kursk vilayəti səmasında hava hücumundan müdafiə işləri ilə bağlı xəbərdarlıq edib və onlardan sakit olmağı xahiş edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə