Şoyqu xüsusi hərbi əməliyyat zonasına səfər edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyat zonasında mövcud vəziyyət və düşmənin hərəkətlərinin xarakteri ilə bağlı Mərkəz qrupunun hesabatlarını dinləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

...Xüsusi hərbi əməliyyat zonasında aparılan iş zamanı Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Mərkəz qrupunun komandir və qərargah zabitlərinin mövcud vəziyyət, düşmənin hərəkətlərinin xarakteri ilə bağlı məruzələrini dinləyib və əməliyyat istiqamətində rus qoşunlarının döyüş tapşırıqlarını yerinə yetirməsi ilə maraqlanıb.

Rusiya Müdafiə Nazirliyindən bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə