Hindistan ruslar tərəfində döyüşən hindliləri geri çağırır...

Bu arada Hindistan Rusiyadan rus ordusu ilə müqavilə bağlamış vətəndaşlarının müqavilə müddəti bitmədən ölkədən çıxmasına icazə verməsini xahiş edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval deyib.

Onun sözlərinə görə, bir sıra hindistanlılar müqavilə əsasında döyüş bölgəsində...guya “köməkçi iş”də xidmət edirlər. Jaisval bildirib ki, Hindistanın Moskvadakı səfirliyi Rusiya ordusundakı hindililərin taleyini izləyir və onların vaxtından əvvəl qovulması barədə Rusiya hakimiyyəti ilə danışıqlar aparır.

Nazirlik nümayəndəsi, belə müqaviləli əsgərlərin sayını açıqlamayıb.

“Reuters” agentliyinin məlumatına görə, Hindistan mənbələri əvvəllər bu rəqəmin təxminən 100 nəfər olduğunu bildirirdilər.

Xarici İşlər Nazirliyinin sözçüsü Hindistan vətəndaşlarını ehtiyatlı olmağa və bu münaqişədən uzaq durmağa çağırıb. Bu arada ÜmumHindistan Məclisinin rəhbəri, Hindistan müsəlmanlarının ruhani lideri Əsəduddin Ovaisi X sosial şəbəkəsində Xarici İşlər Nazirliyini müqaviləli işçilərin vaxtından əvvəl işdən çıxarılmasına və onların tez evə qayıtmasına kömək etməyə çağırıb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Nepal vətəndaşlarının müqavilə əsasında və ya özəl hərbi şirkətlərin tərkibində Rusiya tərəfindən Ukraynada döyüşdükləri bildirilmişdi.

Maraqlıdır ki, həmən ərəfədə Nepal səlahiyyətliləri Ukraynada döyüşən nepallıların cəmi 200-ə yaxın olduğunu desələr də, sonradan rəqəmin 15 mindən çox olduğu bəlli oldu.

Görən, hindlilər “azsaylı xalqlar”dan deyillər ki..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə