ABŞ qoşunlarını Suriyadan şıxaracaqmı..?

...Bu gün Yaxın Şərqdəki böhran, o cümlədən ABŞ qoşunları ilə iranpərəst qruplar arasında toqquşmalar Cozef Baydenə əsgərlərini Suriyadan çıxarmaq olduğunu başa salmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Suriya rəsmiləri Newsweek-ə bildiriblər.

...Doğrudan da, sual yaranır, “el basa-basa” okean keçib Yaxın Şərqdə lövbər salan ABŞ-ın burada nə marağı var?

Qeyd edək ki, Pentaqon İŞİD-in son məğlubiyyəti üçün Amerika qüvvələrinin Suriyada olmasında israr etsə də, Dəməşq bunu həmişə BMT konvensiyalarının pozulması kimi qiymətləndirib.

...Suriya Ərəb Respublikası xatırladır ki, ABŞ qoşunlarının Suriya ərazisində olması qeyri-qanuni, qəbuledilməzdir və BMT Nizamnaməsinin eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Təbii ki, bu Suriya tərəfinin iradıdır.

...Qeyri-qanuni hərbi mövcudluq ABŞ Administrasiyasının sabitliyi pozan siyasətlərinə, o cümlədən terrorçu ünsürlərə və separatçı qruplara dəstək, Suriyanın milli sərvətlərinin davamlı oğurlanması eləcə də Suriya xalqına qarşı tətbiq edilən birtərəfli məcburi tədbirlərin fəlakətli nəticələrinə xidmət edir,..onu tamamlayır.

Qeyd edilməlidir ki, bu da Dəməşq tərəfindən səsləndirilən əsaslı iradlardır.

Xatırladaq ki, bu gün İranla Rusiyanın dəstəklədiyi Suriya Ərəb Silahlı Qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələri İŞİD-ə qarşı ayrı-ayrı kampaniyalar aparırlar.

Bununla belə, 2019-cu ildən bəri Vaşinqton və Tehran arasında gərginlik artdıqca Suriyadakı ABŞ qoşunları iranpərəst qrupların atəşinə məruz qalır.

İsrail və HƏMAS arasındakı müharibəni, eləcə də ABŞ qoşunlarının hücumlarına cavab olaraq intensiv hava hücumlarını nəzərə alan Suriya missiyası xəbərdarlıq edib ki, bölgədə baş verən cari hadisələr ABŞ-a yalnız yalnış siyasətləri düzəltmək üçün bir fürsət olmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə