Bu o deməkdir ki, biz artıq Moskva və Sankt-Peterburqu vura biləcik...

Ukrayna pilotsuz təyyarələri 1000 km uça biləcək...

...Ukrayna pilotsuz təyyarələri müharibənin ikinci ilində əsl sıçrayış ediblər. Deyilənlərə görə, onlar artıq...hətta Kremlə də çata bilərlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bun gün Ukrayna Moskvanın tam ürəyinə zərbə endirmək qabiliyyətinə malikdir.

“The Times” yazır ki, Kremlə edilən hücum əsasən simvolik xarakter daşıyırdı, lakin il boyu Ukrayna pilotsuz təyyarələri Rusiyanın yüzlərlə kilometr uzaqlıqdakı hərbi obyektlərinə zərbələr endirib.

...Son həftələr Ukrayna Rusiyanın bir neçə enerji obyektlərinə dron hücumları həyata keçirib. Hücumlar cəbhə xəttində işğalçıların yanacaq təchizatını pozmaq məqsədi daşıyıb.

Ukrayna saytlarının yazdığına görə, təkcə ilin əvvəlindən bəri Ukraynalıların altı neft emalı zavoduna zərbə vurduqları təxmin edilir ki, bu da Rusiyanın emal edə bildiyi xam neftin həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Bu arada, Kiyevin Moskva və Sankt-Peterburqa uça bilən minlərlə uzaqmənzilli dron istehsal etməyi planlaşdırdığı dildirilib.

Qeyd edək ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bəyan edib.

...Uzun mənzilli kamikadze pilotsuz uçuş aparatlarının kateqoriyası 300, 500, 700 və 1000 kilometr uçuş radiusu ilə böyüyür.

Bunu da Fedorov bildirib.

Yeri gəlmişkən, Prezident Vladimir Zelenski, artilleriya mərmilərinin çatışmazlığını müəyyən dərəcədə kompensasiya edəcək bir milyon daha qısa mənzilli pilotsuz təyyarə istehsal etməyi qarşısına məqsəd qoyub.

...Texnologiya bizi həqiqətən xilas edə bilər.

Bunu isə Fedorov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə