Aleksey Navalnının cənazəsinin anasına verilməsi tələb edilir

Sənət və biznes dünyasının tanınmış şəxsləri, jurnalistlər və ictimai xadimlər siyasətçi Aleksey Navalnının cəsədinin anasına verilməsini tələb edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, onların müraciətlərinin videoları Navalny Team teleqram kanalı tərəfindən yayımlanır.

Xəbər dərc olunan zaman müraciəti qeydə alanlar arasında: Nobel mükafatı laureatı Dmitri Muratov, Pussy Riot qrupunun üzvü Nadejda Tolokonnikova, xoreoqraf Mixail Barışnikov, yazıçı Mixail Zıqar, tarixçi Tamara Eydelman, teleaparıcı Tatyana Lazareva, "Zaman maşını" qrupundan Andrey Makareviç, musiqiçi Noize MC ( İvan Alekseev), iş adamı Evgeni Çiçvarkin və başqaları var.

Siyasətçinin anası Lyudmila Navalnaya bir gün əvvəl bildirmişdi ki, İstintaq Komitəsinin əməkdaşları onu şantaj edir, oğlunun cəsədini yalnız onun dəfn mərasimi gizli və vidalaşmadan keçiriləcəyi təqdirdə təhvil verəcəyini vəd edirlər.

...Onlar məni şantaj edir, mənim qarşıma şərt qoyurlar: Alekseyi harada, nə vaxt və necə dəfn etmək lazımdır...

Bunu deyən müxalifətçi anası,.. “Müstəntiq Voropayev mənə açıq şəkildə zamanın mənim tərəfimdə olmadığını, meyitin çürüdüyünü dedi.

...Mən sadəcə, hər şeyin qanuna uyğun olmasını istəyirəm.

Bunu da Aleksey Navalnının anası deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə