Ermənistanın KTMT-dəki iştirakını dondurmasına Dumadan reaksiya

Bu arada Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulmasına münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

...Siyasətçinin sözlərinə görə, baş nazir Nikol Paşinyan Rusiyanı günahlandırmaq üçün İrəvanın iştirakını dayandırıb. O, Paşinyanın fikirləri ilə razılaşmadığını vurğulayıb.

...Və bütün xarici siyasət səhvlərinə görə, o, məsuliyyət daşıyanları tapmağa və bütün günahı bizim, Rusiyanın üzərinə atmağa çalışır.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Ermənistanın KTMT-də iştirakın dayandırılması ilə bağlı Rusiyaya rəsmi izahat göndərmədiyini deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə