Ruslar Rusiyanı bombalamaqda davam edirlər...

...Deyim ki, bu artıq neçənci dəfədir..?

...Təkcə 2024-cü ilin əvvəlindən Rusiya hərbi təyyarələri səkkiz dəfə havaya qalxaraq öz mövqelərini bombalayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, barədə “The Moscow Times” məlumat yayıb.

Deməli, məlumata görə, bu günə qədər döyüş sursatı ilə bağlı son vəziyyət Belqorod vilayətində baş verib. Belə ki, fevralın 18-də ruslar təsadüfən Soloti kəndinə FAB-250 güclü partlayıcı bomba atıblar.

Və bundan sonra 150 yerli sakin təxliyə edilib.

Bundan başqa, yanvarın 28-də Koroçanski rayonunun Postnikov ferması və Belqorod rayonunun Streletskoye kəndi ərazisinə eyni tipli iki bomba atılıb.

Və ertəsi gün, yanvarın 29-da FAB-250 Valuyski şəhərinə atılıb.

...Bundan əvvəl FAB-250 yanvarın 21-də Belqorod vilayətində tapılıb. O, İonovka kəndi yaxınlığındakı bəndin üzərinə düşüb, strukturu qismən zədələyib...

2024-cü ildə ilk belə hadisə yanvarın 2-də Voronej vilayətinin Petropavlovka kəndində baş verib.

Daha sonra rus hərbçilərinin səhlənkarlığı nəticəsində dörd yerli sakin yaralanıb, doqquz ev tamamilə dağılıb, daha yüzə yaxın sakinə isə müxtəlif dərəcəli ziyan dəyib.

Üstəlik, oxşar hallar ötən il Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd rayonlarında da baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə