Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ilkin məlumata görə, 8 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mətbuata açıqlama verən səlahiyyətlilər, əyalətə təsir edən leysan yağışlarından sonra baş verən sürüşmə və daşqınlar nəticəsində 8 nəfərin həyatını itirdiyini, 6 yaşlı uşağın isə itkin düşdüyünü açıqlayıb.
Səlahiyyətlilər, ştatda 100-dən çox insanın evsiz qaldığını qeyd edərək, ictimaiyyətin yanğınsöndürmə briqadası və polisin hələ də çata bilmədiyi bəzi ərazilərdə axtarış-xilasetmə işləri apardığını bildirib. Pis hava şəraitinin davam etdiyi bölgədə səlahiyyətlilər bir çox şəhərdə sürüşmə və daşqın təhlükəsi barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB