...Deməli, özlərinin, yəni ermənilərin dediklərinə görə, bu gün ölkədə hər şey “yaxşı” olsa da, amma...
...Amma, deyəsən, ermənilər burada “yaxşı” sözünü xüsusi sarkazmla deyirlər axı,.. yoxsa, mən düzgün başa düşə bilmirəm? Nə isə...
Yenə deməli, ermənilərin dediklərinə görə, son 3 ildə Ermənistanda miqrasiyanın mənfi saldosu 138 mindən bir qədər çox olub.
...Və ermənilərin, deyim ki, bu dəfə çox ciddi tərzdə dediklərinə görə, onların ölkədən axını indikindən daha şox ola bilərdi.
Eşitdiyimə görə, indi bu ölkədə bəziləri oturub “şükr edirlər”, niyə?
...O vaxt ermənilərin ən böyük arzusu olan ““Böyük Ermənistan”ın dənizdən-dənizə” siyasətinin reallaşmamasına...yenə də sual edə bilərsiniz ki, niyə?
Hə, deməli, bəzi ağıllı ermənilərə görə, əgər “Ermənistan, doğrudan da, dənizdən-dənizə” uzanan bir ölkə olsaydı, bu gün ölkədən qaçıb gedənlərin qabağını alıb saxlamaq olmazdı. Soruşacaqsınız ki, yenə niyə?
Hə, bu “uje” mənim tapıntımdır!
...Çünki dəniz yolunun xərci, uçaq yolunun xərcindən filan qədər ucuz başa gəlir və...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB