Zelenski Zalujnını niyə işdən çıxardığını cavablandırıb

Zelenski Zalujnını niyə işdən çıxardığını cavablandırıb

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını “sıfırlama” zərurəti ilə əlaqədar işdən çıxardığını deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Fox News-a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın belə bir yeniləməyə ehtiyacı var idi, çünki bəzi şeylər müəyyən müddət ərzində dəyişməyib.

...Biz daha sürətli olmalıyıq. Bu, əlimizdə olan bütün bürokratiyadan qurtulmaq deməkdir, əks halda şansımız qalmayacaq. Daha ağıllı, daha texnoloji cəhətdən inkişaf etmiş və təbii ki, daha sürətli olmaq. Vaxt puldur, bizdə isə vaxt insanların həyatıdır.

Bunu deyən Zelenskidən Zalujniyə qarşı müxalifətdə ola biləcəyini düşünüb-düşünmədiyini soruşduqda o, “bu onun seçimidir” cavabını verib.

Ukrayna prezidenti bildirib ki, keçmiş baş komandana ölkəni müdafiə etdiyi üçün Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Bir daha xatırladaq ki, fevralın 8-də prezident Vladimir Zelenski general Valeri Zalujnini 2,5 ildən artıq tutduğu vəzifədən azad edərək, onun yerinə Quru Qoşunlarının komandanı Aleksandr Sırskini təyin edib.

...Və bundan sonra Ukraynanın hərbi rəhbərliyində, belə ki, Baş Qərargahda, Ərazi Müdafiə Qoşunlarında, Hava-desant hücum qoşunlarında. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrində rotasiyalar başladılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə