Kerç körpüsü dağıdılmalı, Krıma gedən quru dəhliz kəsməlidir!

Kerç körpüsü dağıdılmalı, Krıma gedən quru dəhliz kəsməlidir!

Ukraynanın bu müharibədə qalib gəlməsi üçün lazım olan ən vacib sahə Krımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri beynəlxalq məsələlər üzrə analitik Aleksandr Demçenkoya “Qordon” nəşrinin təsisçisi Dmitri Qordonun YouTube kanalına müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Xodjes bildirib.

Onun dediyinə görə, Krıma nəzarət edən, müharibədə qalib gələcək. Krım yarımadasının azad edilməsinin açarı onun təcrid olunmasıdır. Bu o deməkdir ki, Kerç körpüsünü dağıtmaq və Rostovdan Azov dənizinin sahili ilə Krıma uzanan qondarma quru dəhlizini kəsmək lazımdır. Təbii ki, bu, nəhəng strukturdur və asan məsələ olmayacaq. Bununla belə, güman edirəm ki, Ukrayna Silahlı Qüvvələri müxtəlif texnologiyalardan istifadə edərək fərqli yanaşmalar hazırlayır. Krım körpüsünü necə dağıtmağı bilən varsa, bu Ukrayna Silahlı Qüvvələridir. Amma bunu necə edəcəklərini dəqiq bilmirəm...

Xodjesin sözlərinə görə, yəqin ki, bu il Krım və ya Kerç körpüsünü dağıtmaq mümkün olacaq. O qeyd edib ki, vaxt və imkanların olması mühüm rol oynayır.

Yenə də onun sözlərinə görə, məqsədə çatmaq üçün Ukrayna qoşunları bir çox müxtəlif müdafiə strukturlarını məhv etməli olacaqlar.

...Onlar bunu bacara biləcəklərinə əmin olmalıdırlar. Onlar sadəcə bir hissəni partlada, sonra isə obyekti tamamilə məhv edə bilməzlər. Vaxt, əlbəttə ki, Ukrayna qoşunlarının digər fəaliyyətləri ilə bağlı olacaq, lakin mən şübhə etmirəm ki, Ukrayna Silahlı Qüvvələri bu il vaxtı çatanda Krım körpüsünü məhv edə biləcək.

Xodjes bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə