Lavrovun təyyarəsinə yanacaq verməkdən imtina edilib

Lavrovun təyyarəsinə yanacaq verməkdən imtina edilib

...Rio-de-Janeyro hava limanında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinə yanacaq verməkdən imtina ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, hava limanının xidmət operatoru imtinanı ABŞ sanksiyaları ilə izah ediblər. Nazirin ölkə prezidenti Lula İnasio da Silva ilə görüşməyi planlaşdırdığı Braziliyanın paytaxtına səfəri təhlükə altında qalıb.

Qeyd olunur ki, Lavrovun göyərtəsində Braziliya Hərbi Hava Qüvvələrindən yanacaq verilməsinin mümkünlüyü nəzərdən keçirilib. Maraqlıdır ki, komandanlıq yanacaq çatışmazlığını əsas gətirib.

“AeroTeleqraf”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Braziliyanın paytaxtına ölkənin xarici işlər naziri Mauro Vieyranın təyyarəsi ilə uçmalı olub.

Yeri ngəlmişkən, G20 xarici işlər nazirlərinin görüşü fevralın 22-də Rio-de-Janeyroda keçirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə