Dnestryanı Rusiyaya birləşir..?

Hazırda Tiraspolun fevralın 28-də deputatların qurultayı zamanı Dnestryanı Rusiyaya birləşdirilməsi xahişi ilə Moskvaya müraciət edəcəyini düşünməyə əsas yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, “Deschide.md” portalı xəbər verir ki, Moldovanın Reinteqrasiya Siyasəti Bürosu regionun Rusiyanın bir hissəsi olmaq istəyi ilə bağlı bəyanatlara belə cavab verib.

...Biz əminik ki, Tiraspol əsassız addımlar atacağı təqdirdə öz üzərinə götürəcəyi nəticələrdən xəbərdardır.

Nəşrdə belə deyilir.

Kişinyov vurğulayıb ki, mövcud məlumata görə, hazırda Dnestryanı hakimiyyət regionda vəziyyətin pisləşməsindən qorxur.

Qeyd edək ki, bundan əvvəl yerli müxalifətçi Gennadi Çorba Tiraspolun Moskvadan tanınmamış dövlətin Rusiyaya birləşdirilməsini xahiş etmək niyyətində olduğunu açıqlamışdı.

Onun sözlərinə görə, deputatlar Rusiya prezidenti Vladimir Putinin çıxışından bir gün əvvəl Federal Məclisə müraciətlə belə bir tələblə çıxış edə bilərlər.\

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə