Sürücü ilə vəkili səhv salıb..?

Sürücü ilə vəkili səhv salıb..?

Şimal paytaxtında məktəb yaxınlığında qatil tərəfindən başından vurulan Sankt-Peterburqlu vəkilin sürücüsü dünyasını dəyişib. Hadisədən sonra o, təcili olaraq xəstəxanaya çatdırılsa da, sürücünü xilas etmək mümkün olmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 5-tv.ru saytı xəbər verib.

Qeyd edək ki, polis hələ də atəş açan şəxsi axtarır. Hadisə yerindən “Makarov” tapançasından bir patron tapılıb, hələlik bu, yeganə ipucudur.

Qatilin görünüşü hələ müəyyən edilməyib. Ehtimal olunur ki, qatil sürücünü vəkillə səhv salıb.

Qeyd edək ki, bundan əvvəl sürücünün vəkilin uşaqlarını məktəbə gətirdiyi bildirilir.

Naməlum şəxs ona arxadan yaxınlaşaraq başından atəş açıb. Bundan sonra qatil yoxa çıxıb. Hər şey onlarla şahidin və uşaqların gözü qarşısında baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə