Fevralın 22-də Latviya Seymi iki oxunuşda ən azı 2025-ci ilin iyul ayına qədər Rusiya və Belarus kənd təsərrüfatı məhsullarının idxalını qadağan edən qətnamə qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Lsm.lv” yazır.
Latviya Seymi müxalifət deputatlarının bu il fevralın 24-dən Rusiya və Belarusdan kənd təsərrüfatı eləcə də emal olunmuş kənd təsərrüfatı məhsullarının tədarükünün qadağan edilməsi ilə bağlı ilkin təklifini rədd edib.
Parlament Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı və parlamentin büdcə komissiyası tərəfindən dəstəklənən alternativ qanun layihəsini təsdiqləyib.
…69 deputat lehinə, 9-u əleyhinə səs verib.
İdxal qadağası digər Avropa İttifaqına üzv dövlətlərə göndərilənlərə deyil, Latviyada qalan kənd təsərrüfatı və heyvandarlıq məhsullarına şamil ediləcək.
…2025-ci ilin iyul ayına qədər qüvvədə olacaq.
…Və beləliklə, Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının istifadəsinə məhdudiyyətlər tətbiq edən ilk Avropa İttifaqı ölkəsi oldu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB