…Rusiyada son altı il ərzində 116 minə yaxın insan birbaşa repressiyaya məruz qalıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yazan “Layihə” nəşri hələ…polis əməkdaşlarına müqavimət və ya COVID-19 ilə bağlı tətbiq edilən məhdudiyyətləri bura daxil etməyib.
Belə ki, söhbət burada Layihənin siyasi və ya repressiv kimi səciyyələndirdiyi maddələr üzrə cinayət və ya inzibati təqibə məruz qalan insanlardan gedir.
Layihənin hesablamalarına görə, 2018-ci ildən 2024-cü ilin fevralınadək ekstremizm, terrorizmə bəraət qazandırmaq, qondarma saxtakarlıq və ordunu nüfuzdan salmaq kimi cinayət ittihamları ilə 5613 nəfər təqib olunub. Maraqlıdır ki, nəşr bunun hələ tam olmadığını iddia edir.
O da maraqlıdır ki, bu günkü Rusiyadakı yaşantılara diqqət çəkən nəşr, 1950-ci illərin ikinci yarısı və 1980-ci illərin əvvəllərində SSRİ-ni idarə edən Xruşşov və Brejnev dövründə Putinin dövründəkindən daha az adamın antisovet ajiotajı eləcə də sovet sistemini gözdən salan məlumatların yayılması ilə bağlı yazılara görə məhkum edildiyini iddia edir.
Belə ki, Xruşşovun timsalında nəşr 1956-1961-ci illəri əhatə edən altı illik dövr seçiblər ki, bu da 4883 repressiya hadisəsini təşkil edib.
Brejnevin dövründə isə 1057 nəfər repressiyaya məruz qalmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB