Ayaq qoxusundan bezənlərə ŞAD XƏBƏR

Ayaq qoxusundan bezənlərə ŞAD XƏBƏR

Ayaq qoxusu hər kəsin hər an qarşılaşa biləcəyi problemdir. Bəzi insanların daha tez-tez qarşılaşdığı bu problem ayaqların tez-tez tərləməsi səbəbindən meydana gəlir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ayaq qoxusunu aradan qaldırmaq üçün bu təbii üsuldan kömək almaq kifayət edəcək.

Ayaqlarımızın lazımi gigiyenasının təmin edilmədiyi hallarda və tərləmənin tez-tez olduğu günlərdə ayaq qoxusuna rast gələ bilərik. Ayaqları genetik olaraq qoxuya daha meyilli insanların tez-tez qarşılaşdığı bu problemdən xilas olmaq üçün yalnız bir materialdan istifadə kifayət edəcək. Ayaq qoxusundan şikayət edənlərin sınaqdan keçirə biləcəyi bu təbii üsul qoxunu qısa müddətdə aradan qaldırmağa kömək edir. Ayaq qoxusu problemi təkcə sağlamlıq problemi deyil, həm də sosial həyatımıza zərər verən bir vəziyyətdir. Ayaq qoxusundan xilas olmaq hər kəsin istədiyi bir şey olduğundan, qoxunu aradan qaldırmaq üçün bəzi təbii üsullar var.

Ayaq qoxusu problemindən xilas olmaq üçün istifadə edilən təbii üsullardan biri də dəfnə yarpağından istifadə etməkdir. Ayaqlarda dəfnə yarpaqlarından istifadə ayaq qoxusunu aradan qaldırmağa kömək edir. Əsrlər boyu müxtəlif sahələrdə sağlamlıq məqsədi ilə istifadə edilən dəfnə yarpağı ayaqlara da fayda verir. Ayaqlarınızda dəfnə yarpağı istifadə edərək ayaq qoxusundan xilas olmaq üçün geyindiyiniz corabın içərisinə, ayağınızın altına dəfnə yarpağı sürtmək kifayətdir. Ayağın altına qoyulan dəfnə yarpağı ayaqların pis qoxusunu aradan qaldırmağa kömək edir. Ayaqlarda göbələk infeksiyası riskini də azaldan və tər vəzilərinin işini tarazlayan dəfnə yarpağı əsrlərdir ayaq sağlamlığını artırmaq üçün istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə