Dünyanın ən böyük anakonda növü kəşf edildi

Amazonda uzunluğu 7,5 metr və çəkisi 500 kilo olan nəhəng anakonda növü aşkar edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həmin an aşkarlanan anakonda da kameraya düşüb.

Əvvəllər tək növ olduğu düşünülən yaşıl anakondanın ikinci genetik növü tapılıb. Şimalda tapılan yeni yaşıl anakonda növü cənubdakı anakondadan daha kiçik yaşayış sahəsinə malikdir və bu, onu daha çox müdafiə edir. İki fərqli yaşıl anakonda növü arasında 5,5 faiz genetik fərq var. Cənub və şimal yaşıl anakondalar arasında genetik fərqlərin kəşfini ehtiva edən məqalə "MDPI Diversity" jurnalında dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə