Sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən təcili eniş edib

ABŞ-ın Nyu-Cersi ştatından Kaliforniyaya uçan sərnişin təyyarəsi tualetdə tapılan təhdid qeydinə görə Çikaqoda məcburi eniş edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Newark Liberty" Beynəlxalq Hava Limanından Los-Ancelesə uçan təyyarədə bomba qorxusu yaşanıb. Polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb. Bunun üzərinə 202 sərnişini daşıyan təyyarə Çikaqonun O'Hare hava limanına təcili eniş üçün istiqamətləndirilib. Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyyə edib və saatlarla polis itləri ilə təyyarədə axtarış etsələr də heç nə tapa bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə