Bayden Ruttenin namizədliyini dəstəkləyir…

…Bu arada ABŞ prezidenti Cozef Bayden Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Politico” yazır.

Deməli, nəşr yazır ki, Amerika liderinin dəstəyi daha çox müttəfiqi Ruttenin namizədliyini dəstəkləməyə təşviq edəcək. Nəşrin məlumatına görə, hazırda Hollandiyanın baş nazirinin namizədliyini alyans ölkələrinin üçdə ikisi dəstəkləyir.

Xatırladaq ki, Rutte bundan əvvəl NATO-nun baş katibi postunda maraqlı olduğunu bildirmişdi.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Estoniyanın baş naziri Kaya Kallas da NATO-nun baş katibi postunu tutmaq niyyətində olduğunu gizlətməmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə