Böyük Britaniyanın keçmiş baş naziri “Qərb məhvə məhkumdur” deyir…

…Dünyanın bir çox ölkələrində solçular hakimiyyətə gəlib və mühafizəkarlar təşəbbüsü onlardan ələ keçirməsələr, “Qərb məhvə məhkumdur”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Britaniya hökumətinin keçmiş rəhbəri Liz Truss “Fox News”a müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, sollar azad dünyanın əksər hissəsini çox uzun müddət idarə edir, onların hakimiyyətinin nəticələri “çox açıqdır”.

Nümunə kimi Truss bütün dünyada Fələstinə dəstək aksiyalarını və qeyri-qanuni miqrasiya ilə bağlı problemləri göstərib.

Keçmiş baş nazir vurğulayıb ki, hətta mühafizəkarların rəhbərlik etdiyi Böyük Britaniyada da qeyri-qanuni immiqrantların deportasiyasının qarşısını almaq üçün sollar məhkəmələrdən uğurla istifadə edir.

Sollarn zərərli ideyaları ilə mübarizə aparmağa çağırış edən

sabiq nazir, ABŞ-da, o cümlədən prezident Cozef Baydenin administrasiyasında solçu ideyaların güclənməsindən narahat olduğunu da dilə gətirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə