Hakan Fidan ABŞ-nin dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, görüş Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə