Ukraynalı döyüşçülər Kremen istiqamətində düşmənin hücumunu dəf ediblər

...12-ci xüsusi təyinatlı “Azov” briqadasının əsgərləri Kremen istiqamətində düşmənin həmləsini dəf ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, düşmən minaları təmizləmək cəhdi ilə hücuma başlayıb.

Ukrayna saytları xəbər verir ki, ukraynalı müdafiəçilərin mövqelərini ələ keçirmək üçün işğalçılar tank və piyadalardan istifadə ediblər.

Amma “Azov” xüsusi təyinatlı briqadanın döyüşçüləri dron və artilleriya qurğularının dəstəyi ilə hücumu dəf ediblər. Zirehli texnikanın məhv edilməsindən və böyük itkilərdən sonra işğalçı qalıqları qaçıb aradan çıxıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə