Bu gün Avropalıların yalnız 10 faizi Ukraynanın qələbəsinə inanır…

Deyim ki, rusların qələbəsinə də inananlar çox deyil, cəmi 20 faizdir…

Belə-belə işlər..?

Deməli, tərəflər arasında münaqişə başlayandan iki il sonra avropalıların yalnız 10 faizi Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inanır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “The Guardian” bu barədə Datapraxis və YouGov-un Xarici Əlaqələr üzrə Avropa Şurası üçün keçirdiyi sorğuya istinadən yazır.

Qeyd edilir ki, sorğunun nəticələrinə görə, 20 faiz Rusiyanın qələbəsinə inanır və respondentlərin əksəriyyəti (37 faizi) münaqişənin ən çox ehtimal olunan son nöqtəsi kimi “kompromis həlli”nin hansısa formasını hesab edir.

Xatırladaq ki, tədqiqat yanvar ayında, yəni Rusiya qüvvələrinin son bir ildəki əsas uğuru olan Avdeevkaya nəzarəti ələ keçirməzdən əvvəl 12 ölkənin, Avstriya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Hollandiya, Polşa. Portuqaliya, Rumıniya, İspaniya və İsveç sakinləri arasında aparılıb.

Maraqlıdır ki, bu arada Avropanın Xarici Əlaqələr Şurasının həmmüəllifi Mark Leonard,..Ukraynaya Avropanın davamlı dəstəyini təmin etmək üçün Avropa İttifaqı liderlərinin müharibə haqqında danışıq tərzini dəyişdirməli olacaqlarını deyib.

Onu da xatırladaq ki, keçən ilin eyni vaxtında avropalılar Ukraynanın bütün ərazilərə nəzarəti bərpa etməli olmasını ən yüksək səslə tələb edirdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə