2024-cü ildə keçiriləcək prezident seçkilərində Vətəndaş Təşəbbüsü tərəfindən namizədliyi irəli sürülmüş, lakin heç vaxt namizəd kimi qeydə alınmayan siyasətçi Boris Nadejdin 2026-cı ildə Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirak etməyi və qalib gəlməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə o, RİA Novosti-yə bildirib.
…Biz 2026-cı il Dövlət Dumasına seçkilərdə qalib gəlməyi planlaşdırırıq.
Bunu Nadejdin qeyd edib.
Onun sözlərinə görə, bu halda 2030-cu ilə təyin olunan növbəti prezident seçkiləri üçün imza toplamamaq mümkün olacaq.
…Yəni, imza toplamağa ehtiyac olmayacaq, çünki indi Rusiya Federasiyası Kommunist Partiyası və Liberal Demokrat Partiyası bunu etmirlər, - deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, Nadejdin Rusiya prezident seçkilərində qeydiyyatdan keçməyə çalışsa da, fevralın 8-də Mərkəzi Seçki Komissiyası onu namizəd kimi qeydə almaqdan rəsmən imtina edib.
Onu da qeyd edək ki, qərar elan edilən zaman siyasətçi şəxsən iştirak edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB