Tramp artıq özünə vitse-prezidentlər də müəyyənləşdirib…

Ağ Evdə növbəti müddətə seçilmək istəyən keçmiş ABŞ prezidenti Donald Tramp vitse-prezidentliyə namizədlərin qısa siyahısındakı adları sadalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Tramp bu barədə Şimali Karolina ştatının Qrinvil şəhərində keçirilən tədbir zamanı danışıb.

Deməli, siyahıya Respublikaçıların praymerizlərində Trampın üç keçmiş rəqibi - Florida qubernatoru Ron DeSantis, senator Tim Skott və sahibkar Vivek Ramasvami daxil edilib.

Potensial namizədlər arasında Cənubi Dakota ştatının qubernatoru Kristi Noem, deputat Bayron Donalds və 2022-ci ildə Demokrat Partiyasını tərk etmiş keçmiş deputat Tulsi Qabbard da var.

Tramp qeyd edib ki, “bu insanların hamısı yaxşıdır, hamısı möhkəmdir”, baxmayaraq ki, o, ən çox ehtimal olunan namizədin adını çəkməyib.

Tramp seçici nöqteyi-nəzərindən ona kömək edə biləcək bir namizəd istədiyini və sərhəd, elektrik avtomobilləri eləcə də yüksək faiz dərəcələri kimi mövzularda sağlam düşüncəli birisinin istədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə