Navalnının ölümündən sonra Ukraynaya yardım artırılsın!

Almaniya rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümündən sonra Ukraynaya silah yardımını daha da artırmalıdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

bu barədə Bundestaqın bir neçə deputatı bildirib.

Belə ki, hakim koalisiyadan və müxalif XDİ/CSU-dan olan Bundestaqın üzvləri Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların və Ukraynaya yeni yardımın zəruriliyini bəyan ediblər.

SPD-dən olan deputat Frank Schwabbe, Rusiya rejiminə qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. O, “Ukraynanın qalib gəlməsinə kömək etmək üçün mümkün olan hər şeyi etməliyik”-deyə bildirib.

Eyni zamanda, Bundestaqın Xarici Siyasət Komitəsinin sədri, CDU-nun deputatı Norbert Röttgen Almaniyanın Ukraynaya silah və sursatla dəstəyini indi daha da gücləndirilməyə çağırıb.

Onun sözlərinə görə, Ukraynanın müdafiə xərclərini ödəmək üçün dondurulmuş Rusiya dövlət aktivlərinin istifadəsinə imkan verəcək mexanizmlər hazırlamaq lazımdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə