Yakutiya hakimiyyəti müxalifətçilərin axtarışı üçün proqram alacaq

Yakutiya hakimiyyəti müxalifətin fikirlərini bölüşən istifadəçiləri internetdə izləməyə imkan verəcək proqram təminatı almaq niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, proqramın satın alınması ilə bağlı elan dövlət satınalmaları saytında yerləşdirilib, elan edilmiş müqavilə qiyməti 1,2 milyon rubl təşkil edib.

Verilən xəbərlərə görə müştəri - Yakutiyanın Respublika İnfokommunikasiya Texnologiyaları Mərkəzidir.

…Deməli, reallıqda proqram paketi sosial şəbəkələrdə və ani messencerlərdə “ekstremist məzmun” yayan istifadəçiləri tapmalı və qarşıdan gələn etiraz aksiyaları – mitinqlər eləcə də ictimai toplantılar barədə operativ şəkildə xəbər tutmalıdır.

Proqram həmçinin hakimiyyət orqanlarına istifadəçilər arasında etiraz hərəkatlarının, dağıdıcı, radikal hərəkatların və təşkilatların fəallarını müəyyən etməyə, onlar arasında əlaqələri qeyd etməyə və onları yaşa, yaşayış yerinə, fəaliyyət növünə görə çeşidləməyə kömək etməlidir.

Müqaviləyə əlavədə qeyd olunur ki, monitorinq “Vkontakte” və “LiveJournal” sosial şəbəkələrində eləcə də Telegram messencerində, həmçinin onlayn mediada aparılmalıdır. “VKontakte”nin monitorinqi zamanı bütün icmalar proqram üsulları ilə müxalifət xarakterli qruplara və hökumət tərəfdarlarına bölünəcək, alınan məlumatlar xüsusi məlumat bazasına göndəriləcək.

Eyni şey “hökumətyönlü” və “etiraz” olaraq bölünəcək onlayn mediaya da aiddir.

“LiveJournal”-a gəldikdə, proqram modulunun bütün “LiveJournal” şəbəkəsini yox, yalnız müəyyən sözlər və ifadələr üçün analitik tərəfindən nəzarət edilən xüsusi bloqları skan edəcəyi nəzərdə tutulur.

Telegram-a gəlincə isə, dövlət satınalmaları messencerin monitorinq edilən kanal və qruplarından hər saat nəşrlərin toplanmasını, eyni zamanda proqram təminatından istifadə edərək istifadəçilərin anonimləşdirilməsini, yəni messencer istifadəçisinin mobil telefon nömrəsinin istifadəçi adı ilə müəyyən edilməsini nəzərdə tutur.

…Yenə də deyilənlərə görə, digər bölgələrdə, məsələn, Kamçatkada, Həştərxan və Smolensk bölgələrində də oxşar alışlar peyda olmaqdadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə