Qiwi Bank-ın lisenziyası ləğv edilib, pullar itirilə bilər...

…Rusiya Mərkəzi Bankı yüksək riskli əməliyyatlara görə, Qiwi Bank-ın lisenziyasını ləğv edib. Müştərilər Qiwi cüzdanlarından və bu bankın əmanətlərinin bir hissəsindən pul itirə bilər. Deyilənlərə görə, vəsaitləri geri götürmək mümkün olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə maliyyə üzrə analitik Aleksandr Razuvaev bildirib.

…Əmanətlərin Sığortalanması Agentliyi martın 6-dan gec olmayaraq müştərilərə kompensasiyaların ödənilməsinə başlayacaq. Analitikin fikrincə, pul kisələri bloklanmalıdır və zəmanətlər yalnız bank hesabına şamil edilir.

Elektron pul kisəsi, broker hesabı və ya investisiya hesabına heç bir zəmanət yoxdur.

…Hətta elə hallar olub ki, insanlar onlayn olaraq investisiya hesabından adi bank hesabına köçürə biliblər və pul orada olan kimi zəmanət işə başlayıb.

Maliyyə analitiki bildirib bunu.

Ancaq çətin ki, pulu özünüz çıxara biləsiniz. Bəzi investorların kompensasiyasız qalma riski də var.

Analitikin iddiasına görə, Qiwi ilə bağlı hekayə həmişəlik bitdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə