Avtomobilin dərəyə aşması 15 nəfərin ölümünə səbəb olub

Filippinin Neqros Orinetal vilayətində fermer təsərrüfatının işçilərini daşıyan yük avtomobilinin dərəyə aşması nəticəsində 15 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə Mabinay qəsəbəsi ərazisində günorta saatlarında baş verib. Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobili aşaraq, təxminən 50 metr dərinlikdəki dərəyə düşüb.

Sosial şəbəkələrdə yayılan videolarda qəza yerinə səpələnmiş meyitlər görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə