İran yanvar ayından bəri Rusiyaya yüzlərlə ballistik raket verib

İran Rusiyaya yüzlərlə ballistik raket ötürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə fevralın 21-də mənbələrə istinadən Reuters agentliyi yazıb.

Qeyd edilir ki, Tehran Moskvaya 400-ə yaxın raket, o cümlədən “Fateh-110” tipli bir çox qısa mənzilli ballistik raketlər, məsələn, “Zülfüqar” verib.

Yeri gəlmişkən, bu raket 300-700 km məsafədəki hədəfləri vurmaq gücündədir. İranlı mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, raketlərin tədarükü yanvarın əvvəlində İran və Rusiya hərbi- təhlükəsizlik rəsmiləri arasında keçən ilin sonunda Tehran eləcə də Moskvada keçirilən görüşlərdə əldə olunan razılaşmadan sonra başlayıb.

İran hərbi rəsmisi agentliyə bildirib ki, Rusiyadan ən azı dörd raket tədarükü olub və yaxın həftələrdə daha çox raket tədarükü olacaq.

Digər yüksək rütbəli İran rəsmisi Reuters agentliyinə bildirib ki, raketlərin bir hissəsi Xəzər dənizi üzərindən gəmi ilə, bəziləri isə təyyarə ilə Rusiyaya göndərilib.

İkinci bir İran rəsmisi agentliyə verdiyi şərhdə əlavə edib ki, “başqa təchizatlar da olacaq”. O qeyd edib ki, “bunu gizlətmək üçün heç bir əsas yoxdur”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə