Baykalda aborta sövq etməyi qadağan edən qanun qəbul etdi

Trans-Baykal Ərazisinin Qanunvericilik Məclisi “hamilə qadınları aborta sövq etməyi” qadağan edən qanun qəbul edib. Bu cür hərəkətlər inzibati xəta kimi qiymətləndiriləcək və cərimə ilə cəzalandırılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, qanunda konkret olaraq nəyin “aborta sövq edilməsi” sayıla biləcəyi göstərilməyib. Regional səhiyyə naziri Oksana Nemakina burada söhbətin ailə üzvlərindən birinin uşağın doğulmasını istəmədiyi və qadından hamiləliyin dayandırılmasını tələb etdiyi hallardan getdiyini bildirib.

Xatırladaq ki, Trans-Baykal belə bir qanun qəbul edən 13-cü Rusiya regionu oldu. Belə bir qadağanın tətbiq edilməsini Moskva və Bütün Rus Patriarxı Kirill hamılıqla tələb edirdi.

Rusiya hakimiyyəti qadınların abort hüquqlarını məhdudlaşdıran tədbirləri fəal şəkildə müzakirə edir. Dövlət Duması özəl klinikalarda abortların qadağan edilməsi imkanını müzakirə edib.

Və bildirək ki, Tatarıstan, Kursk və Çelyabinsk vilayətlərində və ilhaq edilmiş Krımda özəl klinikalar artıq abortdan imtina ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə