Putin Dodiki təriflədi və hətta təşəkkür də etdi...

Rusiya prezidenti Vladimir Putin Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının rəhbəri Milorad Dodik ilə görüşdə onu tərifləyib və Rusiya ilə müntəzəm əlaqələr saxladığına görə təşəkkür edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

…Rusiya ilə müntəzəm əlaqələr saxladığınız üçün sizə minnətdarıq. Serb Respublikası rəhbərliyinin nümayəndələri mütəmadi olaraq bizə səfər edirlər.

Bunu deyən Rusiya lideri Dodikin səfərinin faydalı olacağına və vaxtdan istifadə edərək bir sıra sahələrdə ikitərəfli münasibətləri müzakirə edə biləcəklərinə əminliyini bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Serb Respublikası prezidenti Putini siyasət aləmində tanıdığı ən yaxşı insan adlandırıb. O, Rusiya prezidenti ilə görüşməkdən qürur duyduğunu da dediklərinin “gğzünə basmışdı”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə