Rusiya ordusuna məxsus döyüş təyyarəsini vurduq - Ukrayna

Rusiya ordusuna məxsus döyüş təyyarəsini vurduq - Ukrayna

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Rusiyanın Su-34 tipli döyüş təyyarəsini vurduqlarını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada bu gecə Rusiya S-300 idarə olunan raketi, X-59 hava raketi və 4 X-22 qanadlı raketi, həmçinin 19 ədəd PUA tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum edib.

Açıqlamada Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Poltav vilayətində Rusiyaya məxsus X-59 hava raketi ilə Xarkov, Dnepropetrovsk, Zaporojya və Donetsk vilayətləri üzərində 13 PUA-nı məhv etdiyi bildirilib. Qeyd edilib ki, Ukrayna fevralın 17-dən bəri Rusiyaya məxsus 6 döyüş təyyarəsini vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə