Royalair Philippines aviaşirkətinə məxsus A320 tipli təyyarə sərnişinin pover bank cihazının alışması səbəbindən təcili eniş edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Malaydan Şanxaya uçan təyyarə sərnişinlərdən birinin enerji bankının alovlanmasından sonra Honq-Konqa məcburi eniş edib. Kabində güclü tüstü olduğu halda, hadisə nəticəsində xəsarət alan olmadığı açıqlanıb. Təyyarədə heç bir xoşagəlməz hadisənin olmadığı bildirilib.
Təyyarə təxminən 2 saat yerdə qaldıqdan sonra Honq-Konqdan Şanxay reysi üçün havaya qalxıb.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB