Zelenski G7 liderlərinin görüşündə iştirak edəcək

Zelenski G7 liderlərinin görüşündə iştirak edəcək

Vladimir Zelenski Böyük Yeddilik (G7) liderlərinin görüşündə iştirak edəcək. SİA xəbər verir ki, bu barədə assosiasiyanın saytında məlumat dərc edilib. Qeyd edilib ki, tədbir fevralın 24-də onlayn formatda keçiriləcək.

"Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü münasibətilə fevralın 24-də Nazirlər Şurasının sədri Corciya Meloni G7 ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirəcək”, - deyə məlumatda bildirilir.

Görüşün yekunlarına dair birgə bəyannamənin qəbul ediləcəyi də dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə