"Rusiyada tank istehsalı 6, PUA istehsalı 17 dəfə artıb" - Sergey Şoyqu

"Rusiyada tank istehsalı 6, PUA istehsalı 17 dəfə artıb" - Sergey Şoyqu

Rusiyada tank istehsalı 6 dəfə artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya qoşunlarında PUA-ların sayı 17 dəfə, döyüş sursatı 17,5 dəfə, tanklar 6 dəfə artıb.

"Təbii ki, zirehli texnika gücləndirilir. Biz dronlardan qorunmaq üçün zirehlər quraşdırırıq, zirehli transportyorlarda və piyadaların döyüş maşınlarında zirehli mühafizə gücləndirilir. Demək olar ki, tankların sayını 6 dəfə artırmışıq, onlar təkmilləşdirilir və müasirləşdirilir”, - deyə Şoyqu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə