Kuleba buna görə Qərbi günahlandırdı

Kuleba buna görə Qərbi günahlandırdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb tərəfdaşlarını kifayət qədər silah tədarük etmədikləri üçün Avdeyevkanın itirilməsində günahlandırıb. SİA xəbər verir ki, bu haqda o, CNN telekanalına müsahibəsində danışıb: “Avdeyevkanı müdafiə etmək üçün artilleriya mərmiləri alsaydıq, onu itirməzdik”.

Kuleba həmçinin Avropanı qitədə “sülh dövrünün” başa çatdığını tanımağa və Ukraynaya daha çox silah göndərməyə çağırıb.

Qeyd edək ki, fevralın 17-i Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml sarayında Prezident Vladimir Putinə​ Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini məruzə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə