Umerov və Sirski Lloyd Ostinlə danışıblar…

Umerov və Sirski Lloyd Ostinlə danışıblar…

…Ukraynanın müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Pentaqon rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıblar.

SİA-nın əldə etdiyi məlumata görə, Umerov bu barədə öz Twitter səhifəsində yazıb.

…Umerovun sözlərinə görə, Ostinlə söhbət zamanı cəbhədəki mövcud dinamika müzakirə olunub.

Bundan əlavə, vəziyyətin ümumi anlayışı və fəaliyyət planı müzakirə edilib.

Umerovun dediyinə görə, söhbət zamanı diqqət həm də sursat təchizatına yönəldilib.

…Ukrayna Silahlı Qüvvələrinin təcili ehtiyacları üzərində iş və Ukrayna Müdafiə Əlaqə Qrupu imkanlarının koalisiyaları formatında uzunmüddətli planlaşdırmasına da diqqət çəkdiklərini deyən Umerov, Ostinə təşəkkür etdiyini də bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə