Amerika Birləşmiş Ştatları, xüsusən də prezident Cozef Bayden Ukraynaya kömək üçün yeni maliyyənin təsdiqini sürətləndirməyə çalışır.
Eyni zamanda, Konqresin təşəbbüsü dəstəkləməkdən imtina etdiyi halda “B” planı yoxdur.
SİA RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink danışıb.
…Xeyr, bizim “B” planımız yoxdur, biz yüz faiz “A” planına diqqət yetirmişik - Konqres prezidentin tələbini dəstəkləyir və prezident Ukrayna ilə bağlı əlavə sorğunu imzalayır.
Bunu deyən Brink qeyd edib ki, Konqres indi ABŞ-ın Ukraynaya yardımı nə qədər tez bərpa edə biləcəyinə görə məsuliyyət daşıyır.
Diplomat Nümayəndələr Palatasının spikeri Mayk Consonla iki dəfə danışdığını xatırladıb.
Onun sözlərinə görə, o, Kiyevi dəstəkləyir və Rusiya Federasiyasının müharibədə məğlubiyyətinin nə qədər vacib olduğunu başa düşür.
…Sizə dəqiq vaxt çərçivəsini deyə bilmərəm. Amma deyə bilərəm ki, prezident və biz hamımız bu prosesi sürətləndirmək üçün əlimizdən gələni edirik. Mesajım odur ki, nə bir gün, nə bir saat, nə də…ümumiyyətlə vaxt itirə bilmərik, insanlar hər gün ölür…
Bunu da amerikalı səfir xanım xatırladıb.
Yeri gəlmişkən, ABŞ prezidenti Cozef Bayden Ukraynaya kömək etmək üçün Nümayəndələr Palatasının sədri ilə görüşməyə hazırdır. O, Respublikaçıların Ukraynaya yardım paketinə qarşı çıxmaqla səhv etdiklərini deyib.
Bayden qeyd edib ki, respublikaçılar ümumi müdafiə üçün pul ödəməsələr, NATO-dan uzaqlaşaraq Rusiya təhlükəsindən gizlənməyə çalışırlar.
…Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yardımı ilə bağlı açıqlama verib. O, Ukraynaya dəstəyi gücləndirmək üçün Vaşinqtondan qlobal təhlükəsizliyin qorunmasına praqmatik yanaşmasını gözlədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB