ABŞ-ın BMT-dəki keçmiş səfiri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli Cənubi Karolina ştatının Qrinvil şəhərində tərəfdarlarına yarış bitənə qədər yarışı tərk etməyəcəyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS yayıb.
Heyli çıxışında müxtəlif fərziyyələrə və gözləntilərə baxmayaraq, yarışda qalmaq və inancları uğrunda mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb.
O, qarşıdan gələn seçkilərdə səs verməyi planlaşdıran Cənubi Karolinalılara müraciət edərək, onları bu mərhələdən sonra da kampaniyada qalacağına inandırıb.
…Mən heç yerə getmirəm.
Namizəd deyib.
…Mən kampaniyamı sonuncu səs verənə qədər davam etdirəcəyəm, çünki daha yaxşı Amerikaya və uşaqlarımız üçün daha parlaq gələcəyə inanıram.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB