…Avdeevka uğrunda gedən döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin itkiləri minimaldır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
Bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu deyib.
Şoyqunun sözlərinə görə, Avdeevka əməliyyatı Rusiya Baş Qərargahı tərəfindən o qədər bacarıqla planlaşdırılıb ki, onu hərbi dərsliklərə də daxil etmək olar.
Onun dediyinə görə, təkcə son iki gündə Avdeevka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən iki min yarım nəfər təşkil edib.
Bundan əlavə, Şoyqu şəhər uğrunda gedən döyüşlərin təfərrüatlarını açıqlayıb və bu ərazidə Rusiyanın müdafiə xəttini təsvir edib.
Xatırladaq ki, Donetsk yaxınlığındakı Avdeevka fevralın 17-də Rusiya qüvvələrinin nəzarətinə keçib. Fevralın 19-da rus qoşunları şəhər ərazisində daha əlverişli mövqelər tutdular. Həmin gün Müdafiə Nazirliyi Avdeevka koks zavoduna nəzarətin yaradılmasını elan edib.
Və yeri gəlmişkən, Adının çəkilməsini istəməyən Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Avdiivkanı Amerikanın köməyi olmadan Ukrayna üçün yeni məğlubiyyətlərin müjdəçisi hesab edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB