Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasına qatılmaq üçün fevralın 21-23-də Azərbaycana rəsmi səfər edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş APA-nın plenar sessiyasında çıxış edəcək.
Numan Kurtulmuş APA-nın plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və iştirakçı ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Azərbaycana səfəri çərçivəsində fevralın 7-də keçirilən seçkilərdə yenidən seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılır.
Numan Kurtulmuşun Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlər, həmçinin İsrailin Qəzza və Fələstin ərazilərinə hücumları, aktual qlobal və regional problemlərin müzakirə olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB