İsrailə qarşı reaksiyalar davam edir

İsrailə qarşı reaksiyalar davam edir

İsrailin Qəzza zolağında fələstinlilərə qarşı törətdiyi qətliamlara reaksiyalar davam edir. vvv SİA bu barədə Türkiyə saytlarına istinad edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatının San-Fransisko şəhərində minlərlə insan bələdiyyə binası qarşısına toplaşaraq İsrailin Qəzza və Rəfaha hücumlarına etiraz edib.

Əllərində pankartlar və Fələstin bayraqları daşıyan nümayişçilər 101-ci Cənub magistralını nəqliyyatın hərəkətinə bağlayaraq yürüş keçiriblər.

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı zamanı yüzlərlə nümayişçi Aİ Şurası binası qarşısında toplaşaraq Fələstinə dəstək nümayişi keçirib.

Nümayişçilər Aİ-ni “İsrailin hərbi cinayətlərinin tərəfi olmamağa” çağırıblar.

İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 12000 mindən çoxu uşaq və 8000 mindən çoxu da qadın olmaqla 29092 adam həlak olub, 69028 min adam da yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə