Ruslar Lastoçkinoda Ukraynanın mövqelərinə basqın ediblər

Ruslar Lastoçkinoda Ukraynanın mövqelərinə basqın ediblər

...Çərşənbə axşamı, fevralın 20-də Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin Lastochkino şəhərində Ukraynanın mövqelərinə basqın etməyə cəhd ediblər. Rusiya ordusu kolonda irəliləsə də, itki verərək geri çəkilib.

SİA xəbər verir ki, bu barədə “Obozrevatel” DeepState ekspertlərinə istinadən məlumat yayıb.

...Bu gün rus işğalçıları 6 piyada döyüş maşını və 1 tankla 225-ci OŞB-nin mövqelərinə hücum etmək istəyiblər.

Amma rusların bütün piyada döyüş maşınlarının partladıldığı və ya vurulduğu dəqiqləşdirilir. Təəssüf ki, tank qaçıb aradan şıxa bilib.

Bundan bir qədər əvvəl isə 8 nəfərdən ibarət düşmənin kəşfiyyatı fəaliyyətə cəhd edib. Bütün bu işğalçılar da məhv edilib.

Gecə iki işğalçının kəndə doğru irəlilədii müşahidə edilsə də, əvvəlkilər kimi bu hərəkət də onlar üçün uğursuz başa çatıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə