Sırskinin oğlu rusları təbrik edib…

Sırskinin oğlu rusları təbrik edib…

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin övladlığa götürdüyü oğlu İvan rusları Donetsk Xalq Respublikasının Avdeyevkanın azad edilməsi münasibətilə təbrik edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İvan Avstraliyada yaşayır, Rusiya Baş Konsulluğuna “Z” simvolu olan köynək geyinərək gəlib.Orada rusları Avdiyevkanın tutulması münasibətilə təbrik edib.

Bunu “İzvestiya” yazır.

İvan Rusiya vətəndaşlığını almaq planlarını da açıqlayıb.

Əvvəllər bildirilirdi ki, Ukrayna əsgərləri Rusiya tərəfindən kəndi tam azad etməmişdən bir müddət əvvəl Avdeevkadan kütləvi şəkildə qaçıblar.

Üstəlik, proses hələ Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin mövqeləri tərk etmək əmri verməsindən əvvəl başlayıb.

Düşmən yaralıları, həlak olanları və texnikasını tərk edib, yüzlərlə hərbçi əsir götürülüb.

Təbii ki, bunları ruslar yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə