Ukraynaya qaçan rus pilot İspaniyada güllələnib

Ukraynaya qaçan rus pilot İspaniyada güllələnib

Ukraynadan sığınacaq istəyən rus pilot İspaniyada güllələnərək öldürülüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya mətbuatında çıxan xəbərlərdə ötən ilin avqustunda istifadə etdiyi Mi-8 tipli helikopterlə Ukraynaya sığınan rus pilot Maksim Kuzminovun vurularaq öldürüldüyü bildirilib.

Kuzminovun cəsədinin fevralın 13-də İspaniyanın cənubunda, Alikante yaxınlığındakı Villajoyosa qəsəbəsindəki qarajda tapıldığı və Kuzminovun bədənində çoxlu güllə yaralarının olduğu bildirilib. Kuzminovun Ukrayna pasportu ilə başqa adla İspaniyada yaşadığı bildirilib. Xəbərdə polisin hücumun baş verdiyi qəsəbə yaxınlığındakı başqa bir qəsəbədə yanmış avtomobil tapdığı, 2 şübhəlinin axtarıldığı açıqlanıb.

Ukrayna hərbi kəşfiyyatının sözçüsü mətbuata Kuzminovun İspaniyada öldüyünü təsdiqləyib, lakin ölüm səbəbini açıqlamayıb. İspaniya polisi Villajoyosada güllələnərək öldürülən şəxsin cansız cəsədinin tapıldığını təsdiqləsə də, cəsədin kimə aid olduğunu açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə